• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Keçmiş ombudsmana yeni vəzifə verildi

DÜNYA

04 Oktyabr 2023 | 10:03

Keçmiş ombudsmana yeni vəzifə verildi

Ermənistanın keçmiş ombudsmanı Kristine Qriqoryan baş nazir Nikol Paşinyanın sərəncamı ilə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq sənəd Ermənistan hökumətinin saytında yerləşdirilib.

“Xarici kəşfiyyat fəaliyyəti və Xarici Kəşfiyyat Xidməti haqqında” qanunun 19-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Kristine Qriqoryan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilsin”, - sərəncamda qeyd edilib.

Xarici Kəşfiyyat Xidməti kəşfiyyat və terrorizmlə mübarizə ilə məşğul olacaq, həmçinin hökumət başçısına birbaşa tabe olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR