• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Qərbi Nil virusu aşkarlandı

DÜNYA

04 Oktyabr 2023 | 12:22

Qərbi Nil virusu aşkarlandı

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Səhiyyə Nazirliyi ölkədə Qərbi Nil virusuna yoluxma faktının aşkarlandığını bildirib.

Bakıvaxtı.az xarici mediata istinadən xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada paytaxt Lefkoşada Qərbi Nil Virusuna yoluxma hadisəsinin təsbit edildiyi bildirilib. 

Virusun insanlara ən çox "Culex" növü ağcaqanadların dişləməsi ilə keçdiyi qeyd edilib.

Açıqlamada virusun peyvənd və ya dərman vasitəsi ilə müalicəsinin olmadığı, simptomları olan şəxslərdə ürəkbulanma, qusma, ishal, dəri qabıqlanması və limfa düyünlərində həddindən artıq şişkinlik müşahidə oluna biləcəyi vurğulanıb. Virus və ağcaqanadlara qarşı lazımlı tədbirlər aralıqsız davam edir.

Açıqlamada virus daşıyıcı ağcaqanadların Qərbi Nil Virusunu insanlara və heyvanlara ötürdüyü, insandan insana keçməsinin mümkün olmadığı bildirilib.

Açıqlamada heç bir peyvəndi və müalicəsi olmayan virusdan qorunmanın çox vacib olduğu bildirilib. Vətəndaşlardan evlərindəki gül dibçəklərinin altında, qablarda və təkərlərdə yığılan suyu tez-tez boşaltmaları xahiş edilib. ağcaqanadların çoxalmasının qarşısını almaq üçün bəzək hovuzlarının suyu dəyişdirilməlidir. 

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026