Ukraynanın müdafiə naziri Aleksiy Reznikov istefa ərizəsini Ali Radaya təqdim edib.
Bakıvaxtı.az UNUAN-a istinadla xəbər verir ki, bu barədə o, "Facebook"da məlumat verib.
O, gördüyü işlər barədə hesabat verməyə hazır olduğunu da qeyd edib. Sosial şəbəkədə Reznikov Ukrayna Ali Radasının sədri Ruslan Stefançuka müraciətinin fotosunu dərc edib.
Reznikov Ukrayna prezidenti Volodimir Zelenskinin qərarını yerinə yetirmək üçün Ali Radaya istefa məktubu təqdim etdiyini vurğulayıb.
A.Reznikov açıqlamasında Ukraynanın Rusiya tərəfindən müvəqqəti işğal olunmuş ərazilərinin 50%-dən çoxunun” artıq azad edildiyini, ukraynalı müdafiəçi və müdafiəçilərin hər gün irəlilədiyini qeyd edib.
Murad Məmmədli






jpg-1696400402.webp)










