• Bakı 20° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Nigeriyada epidemiya həyəcanı: Lassa 181 can aldı

DÜNYA

04 Oktyabr 2023 | 08:59 | Müəllif: Qalib İbrahimoğlu

Nigeriyada epidemiya həyəcanı: Lassa 181 can aldı

Nigeriyada Lassa qızdırması sürətlə yayılır.

Bakıvaxtı.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) məlumatında deyilir.

Qeyd olunub ki, ölkədə yanvar-sentyabr ayları arasında Lassa qızdırması epidemiyası paytaxt Abuca ilə yanaşı, 28 əyalətin 112 bölgəsində də yayılmağa davam edib. Məlumata görə, 1068 Lassa qızdırması aşkar edilib, epidemiya nəticəsində həyatını itirənlərin sayı 181-ə yüksəlib.

Nigeriya hökuməti fevralın əvvəlində Lassa qızdırması epidemiyasına görə "fövqəladə vəziyyət" elan edib.

Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində yaranıb.

Siçan nəcisi ilə təmasda olan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026