• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı ARTDI

DÜNYA

05 Avqust 2023 | 13:41

Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı ARTDI

Gürcüstanın Oni bələdiyyəsində Şavi kurort zonasının yaxınlığında baş vermiş torpaq uçqunu nəticəsində həlak olanlardan daha birinin meyiti taplıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bununla da təbii fəlakət nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Azı 25 nəfərin axtarışlarının isə davam etdirildiyi bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən hərbçilər də axtarışlara qoşulublar. Ərazidə ümumilikdə təxminən 400 xilasedicinin fəaliyyət göstərildiyi bildirilib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026