• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kanada səfirinin müşaviri Rusiya XİN-ə çağırıldı

DÜNYA

08 Aprel 2023 | 00:06 | Müəllif: Subhan Mahmudov

Kanada səfirinin müşaviri Rusiya XİN-ə çağırıldı

Kanadanın BMT-dəki daimi nümayəndəsinin hərbi müxbir Vladlen Tatarskinin ölümü ilə bağlı verdiyi açıqlamalarla əlaqədar Kanada səfirinin müşaviri Brayan Ebel Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Ebelə XİN-də Rusiya hökumətinin kəskin etirazı bildirilib.

"Vurğulanır ki, yüksək rütbəli kanadalı diplomatın çoxsaylı qurbanlarla müşayiət olunan vəhşicəsinə qətl hadisəsi ilə bağlı tutduğu mövqe Rusiyaya və onun vətəndaşlarına qarşı, o cümlədən terror xarakterli cinayətlər törədilməsi Kanadada qızışmış rusofobiyanın növbəti təzahürünə çevrilib", - XİN-in məlumatında deyilib.

Qeyd edək ki, Kanadanın BMT-dəki daimi nümayəndəsi Robert Reyin hərbi müxbir Vladlen Tatarskinin ölümünü dəstəkləyən bəyanatlar verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026