Pensiya islahatına görə ölkəsində minlərlə insanın etiraz etdiyi Fransa prezidenti Emmanuel Makron Çində əks vəziyyətlə üzləşib. Çin xalqı Fransa rəhbərinə böyük maraq göstərib.
Bakıvaxtı.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Çinə 3 günlük səfər edib. Fransada pensiya islahatına görə ağır tənqid edilən Makrona Çində böyük maraq var idi və hətta nümayişçilər onun sevimli restoranını hədəfə aldılar.
Fransa lideri getdiyi universitetdə böyük izdihamla qarşılanıb. Gənclər Makronla şəkil çəkdirmək üçün bir-biri ilə yarışa giriblər.
Ay Tac
















