• Bakı 23° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Çe Gevaranı ələ keçirmiş general öldü

DÜNYA

08 May 2023 | 00:10 | Müəllif: Subhan Mahmudov

Çe Gevaranı ələ keçirmiş general öldü

İnqilabçı Ernesto Çe Gevaranın tutulması əməliyyatına komandanlıq edən boliviyalı general Qari Prado Salmon 85 yaşında dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə generalın oğlu Tvitterdə məlumat yayıb.

Qeyd edək ki, Latın Amerikası inqilabçısı Çe Gevara partizan hərəkatı təşkil etmək üçün 1966-cı ilin noyabrında Boliviyaya gəlib.

1967-ci il oktyabrın 8-də onun dəstəsi ölkənin cənub-şərqindəki El Yuro dərəsində pusquya düşüb. Ertəsi gün qısamüddətli döyüşdən sonra yaralı Çe Gevara əsir düşdü və boliviyalı serjant Mario Teran komandiri güllələyib. 1997-ci ildə Çe Gevaranın külü Boliviyadan Kubaya daşınaraq Santa Klara şəhərindəki məqbərədə təntənəli şəkildə dəfn edilib./axar.az

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026