Gürcüstanın paytaxtı Tbilisidə martın 7-8-i keçirilən etiraz aksiyaları zaman 133 nəfər saxlanılıb.
Bakıvaxtı.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Xatırladaq ki, Gürcüstan parlamenti martın 7-si birinci oxunuşda “xarici agentlər” haqqında qanun layihəsini qəbul edib. Bunun ardınca Tbilisidə qanun layihəsi ilə bağlı keçirilən etiraz aksiyalarında vəziyyət gərginləşib. “Aqmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadze martın 8-si parlamentin binasını əhatəyə almaq barədə qərarı səsləndirdikdə vəziyyət kəskin xarakter alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və sur şırnaqlarından istifadə edib. Daha əvvəl aksiya zamanı 76 nəfərin saxlanıldığı məlum idi.
















