• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Türkiyədən Naxçıvana qaz tədarükü gündəmdədir"

İQTİSADİYYAT

22 Dekabr 2021 | 15:07 | Müəllif: Subhan Mahmudov

"Türkiyədən Naxçıvana qaz tədarükü gündəmdədir"

Hazırda əməkdaşlığımızın gündəmindəki məsələlərdən biri Türkiyədən Naxçıvana doğal qazın tədarükünə nail olmaqdır.

Bakıvaxtı.az Trend-ə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda deyib.

Nazir qeyd edib ki, ötən ilin dekabrında imzalanmış sənədə əsasən İğdırdan Naxçıvana illik 500 milyon, gündəlik olaraq isə 1,5 milyon kubmetr doğal qaz daşımak həcminə malik boru kəməri çəkiləcək.

"Bu da Naxçıvanın qaz təchizatını şaxələndirməklə, enerji təhlükəsizliyini möhkəmləndirəcək.

Ümumiyyətlə, Türkiyə ilə birgə reallaşdıracağımız doğal qaz xətti Naxçıvan üzərindən Azərbaycan-Türkiyə əlaqələrinin dərinləşməsinə xidmət edəcək", - P.Şahbazov deyib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026