“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 2022-ci il üçün metropolitenin tunellərində istifadə olunan xüsusi qoruyucu polimer örtüklərinin satın alınması bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “CMT GROUP” MMC-dir.
“Bakı Metropoliteni” qalib şirkət ilə məbləği 870 min 186,09 manat olan müqavilə imzalayıb.
Qeyd edək ki, “CMT GROUP” MMC-nin dövlət büdcəsinə 8428,57 manat vergi borcu var.
“Bakı Metropoliteni”nin isə dövlət büdcəsinə 13.324.035,87 manat vergi borcu var.
Ramid İbrahimov
















