• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya bu ölkənin qazını KƏSİR

İQTİSADİYYAT

20 Yanvar 2022 | 18:40 | Müəllif: Subhan Mahmudov

Rusiya bu ölkənin qazını KƏSİR

Moldova parlamenti hökumətin təklifi ilə enerji böhranı və qaz təchizatının kəsilməsi riski ilə əlaqədar 60 gün müddətinə fövqəladə vəziyyət elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda spiker İqor Qrosu açıqlama verib.

“Fövqəladə vəziyyət rejiminin 60 gün müddətinə tətbiq edilməsi təşəbbüsü 50 deputat tərəfindən dəstəkləndi”, - Qrosu bildirib.

“Kommunistlər və sosialistlər” blokundan olan deputatlar isə hökumətin sözügedən təklifini dəstəkləməkdən imtina ediblər.

Qeyd edək ki, yanvar ayından etibarən ölkəyə satılan qazın qiyməti min kubmetrə görə 450 dollardan 646 dollara yüksəldiyi üçün “Moldovaqaz” şirkəti “Qazprom”a ödəniş etməkdə çətinlik çəkir. “Qazprom” isə sabahdan etibarən Moldovaya qaz satışını dayandıracağı haqqında xəbərdarlıq edib.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026