• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyədən Yunanıstana SƏRT REAKSİYA

DÜNYA

13 Yanvar 2022 | 11:01 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyədən Yunanıstana SƏRT REAKSİYA

Xarici İşlər Nazirliyi Yunanıstan Prezidenti katerina Sakelaropulunun çıxışında Türkiyənin tarixi ilə bağlı sözlərinə sərt reaksiya verib.

Bakıvaxtı.az bu barədə “Haber Global”a istinadla xəbər verir.

Türkiyə XİN-in bəyanatında deyilir ki, Yunanıstan Prezidentinin Afinanın Elliniko-Aqrirupoli rayonunda inşası planlaşdırılan “Surmene World Pontus Hellenism Sarayı”nın tikinti planının açılış mərasimində verdiyi əsassız açıqlamalar təəssüflə qarşılanıb: “Bu iddialar Anadoluya girib işğala cəhd edənin Yunanıstan olduğunu, Yunan ordusunun Qərbi Anadolu bölgəmizdə başda günahsız dinc əhali olmaqla insanlığa qarşı vəhşi cinayətlər törətdiyi gerçəyini dəyişmir. Bir daha xatırlatmaq istərdik ki, Müttəfiq Təhqiqat Komissiyasının hesabatında da qeyd olunan bu cinayətlərə görə Yunanıstan Lozanna Sülh Müqaviləsinin 59-cu maddəsinə əsasən, müharibə qanunlarına zidd hərəkətləri nəticəsində dəyən zərəri ödəməyə borclu idi”.

Bəyanatda deyilir ki, Yunanıstanın tez-tez saxta ittihamlar səsləndirməsi iki ölkə arasında problemlərin həlli üçün səmimi və dürüst dialoq mühitinin yaradılması istiqamətində atılan addımlara kölgə salır.

“Bu cür münasibət və davranışlar dövlət məmurlarından gözlənilən vəzifələrlə bir araya sığmır. Bu kontekstdə qonşumuz Yunanıstanı bir daha sağlam düşüncəyə və konstruktiv anlaşmaya dəvət edirik”, - detə Türkiyə XİN bildirir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026