• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Əfqanıstanda terror - ölən və yaralılar var

DÜNYA

12 Fevral 2022 | 10:12 | Müəllif: Subhan Mahmudov

Əfqanıstanda terror - ölən və yaralılar var

Əfqanıstanın qərbində yerləşən Badqis əyalətində məscidin qarşısında partlayıcı qurğunun işə düşməsi nəticəsində bir nəfər ölüb, 14 nəfər yaralanıb.

Bakıvaxtı.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə əyalətin səhiyyə idarəsinin başçısı Məhəmməd Asif Qanet bildirib.

Rəsmi əlavə edib ki, yaralananlar arasında dörd uşaq da var.

Badqis əyalətinin İnformasiya və Mədəniyyət departamentinin rəhbəri Baz Mohammad Sarwari partlayış xəbərini təsdiqləyib.

Onun sözlərinə görə, teraktı törətməkdə şübhəli bilinən 10 nəfər həbs edilib, lakin heç bir qruplaşma partlayışa görə məsuliyyəti üzərinə götürməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026