• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Avstraliyadan 33 rusiyalı iş adamına SANKSİYA - Siyahıda kimlər var?

DÜNYA

14 Mart 2022 | 08:35 | Müəllif: Qalib İbrahimoğlu

Avstraliyadan 33 rusiyalı iş adamına SANKSİYA - Siyahıda kimlər var?

Avstraliya hökuməti 33 rusiyalı biznesmenə və onların yaxın qohumlarına qarşı sanksiyalar tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi ölkənin xarici işlər naziri Meris Peynə istinadən məlumat yayıb.

Qeyd olunub ki, sanksiyalar siyahısına "Çelsi" klubunun sahibi Roman Abramoviç, "Qazprom"un rəhbəri Aleksey Miller, "Rossiya" Bankının Direktorlar Şurasının sədri Dmitri Lebedev, "Rostex"in rəhbəri Sergey Çermezov, "Transneft"in rəhbəri Nikolay Tokarev, VEB.RF-nin sədri İqor Şuvalov, Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev və digərləri daxil edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026