• Bakı 8° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

2030-cu ildə Ramazan ayı iki dəfə qeyd ediləcək

DÜNYA

13 Aprel 2022 | 07:40 | Müəllif: Qalib İbrahimoğlu

2030-cu ildə Ramazan ayı iki dəfə qeyd ediləcək

Səudiyyəli astronom Xalid əl-Zaqaqın sözlərinə görə, müsəlmanlar 2030-cu ildə bir ildə iki dəfə müqəddəs Ramazan ayının gəlişini qeyd edəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bunun səbəbi İslam Hicri təqviminin ay dövrlərinə, Miladi təqvimin isə Yerin Günəş ətrafında dövr etməsi siklinə əsaslanmasıdır.

Astronom tviter hesabında yerləşdirdiyi videoda bunu izah edib; iki təqvim arasındakı fərq Milad təqvimində Ramazan ayının hər 30 ildə bir dəfə təkrar olunacağını göstərir. Bu, sonuncu dəfə 1997-ci ildə, ondan əvvəl isə 1965-ci ildə baş verib. Beləliklə, Hicri 1451-ci ildə Ramazan ayı Miladi təqvimlə 2030-cu il yanvarın 5-də başlayacaq, həmin il dekabrın 26-da müsəlmanlar yenidən müqəddəs ayın gəlişini qeyd edəcəklər (AzərTac). Bu, müsəlmanların 2030-cu ildə təxminən 36 gün - Hicri 1451-ci il üçün 30 gündən ibarət tam ay və 1452-ci il üçün təxminən altı gün oruc tutması ilə nəticələnəcək.

Astronom bildirib ki, Hicri qəməri ili 354 və ya 355 gün davam edir, yəni 365 gün olan Miladi təqvimlə dəqiq uyğun gəlmir. Bu, həm də o deməkdir ki, Ramazan hər il müxtəlif fəsillərə düşür və təqribən 32 illik dövrələrlə davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR