Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Finlandiya Prezidenti Sauli Niinistö ilə telefon danışığı aparıb.
Bakıvaxtı.az xəbər verir ki, telefon danışığında həm Makron, həm də Şolts Finlandiyanın NATO-ya üzv olmaq istəyini tam şəkildə dəstəklədiklərini bildiriblər.
“Makron Finlandiyanın ən qısa zamanda NATO-ya daxil olmaq üzrə suveren seçimini tam dəstəkləyir”, - Yelisey sarayından verilən bəyanatda bildirilib.
Şolts da öz növbəsində Finlandiyanın NATO üzvlüyünün lehinə olduğunu vurğulayıb:
"Prezident Sauli Niinistö ilə telefon danışığında Finlandiyanı Almaniya hökumətinin tam dəstəyinə arxalanacağını bildirdim”.
















