• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Almaniyada 16 yaşlı şagird terrora hazırlaşırmış

DÜNYA

13 May 2022 | 00:37 | Müəllif: Qalib İbrahimoğlu

Almaniyada 16 yaşlı şagird terrora hazırlaşırmış

Almaniyada 16 yaşlı orta məktəb şagirdinin evindən silah və bomba qurğusu tapılıb.

Bakıvaxtı.az  xarici mediaya istinadən xəbər verir ki, məktəbdə "terror hücumu" planlaşdırdığı güman edilən "ifrat sağçı" lisey şagirdi saxlanılıb.

Şimali Reyn-Vestfaliya əyalətinin Essen şəhərində yaşayan 16 yaşlı şagirdin evindən əl istehsalı silahlar, əldəqayırma bomba, ksenofob fikirlər yazılmış vərəqələr tapılıb. 

Şübhəlinin evinin yaxınlığındakı hər iki məktəbdə bomba qurğuları üçün axtarış aparılıb.

Almaniya polisinin verdiyi açıqlamada, ehtimal olunan neofaşist terror aktı şübhəlisinin ələ keçirildiyi bildirilib ("qafqazinfo.az"). Yerli media xəbər verir ki, polis şübhəli lisey şagirdinin sinif yoldaşının xəbəri ilə hərəkətə keçib.

Bildirilib ki, şübhəli şəxs dostuna “orta məktəb şagirdlərinə qan vannası qəbul etdirəcəyini” deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026