Litva Prezidenti Qitanas Nauseda, Latviya Prezidenti Eqils Levits, Estoniya prezidenti Alar Karis və Polşa prezidenti Andjey Duda Kiyevə yola düşüblər.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Litva Prezidenti "Twitter"də paylaşım edib.
"Kiyevə güclü siyasi dəstək və hərbi yardım mesajı ilə yollanırıq. Litva Ukraynanın öz suverenliyi və azadlığı uğrunda apardığı mübarizəsini dəstəkləməyə davam edəcək", - deyə Qitanas Nausedanın paylaşımında qeyd olunub.
















