• Bakı 18° C

    3.39 m/s

Türkiyənin təbii qazla bağlı 2028-ci ilə olan hədəfi

İQTİSADİYYAT

07 Sentyabr 2023 | 23:28 | Müəllif: Subhan Mahmudov

Türkiyənin təbii qazla bağlı 2028-ci ilə olan hədəfi

Qara dənizdə qaz qovşağının tikintisi və hasilatı nəzərə almaqla, Türkiyə 2028-ci ilə qədər ildə 150 milyard kubmetr təbii qaz ötürmə qabiliyyətinə malik olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar bildirib.

“2028-ci ilə qədər Türkiyənin illik ötürücülük qabiliyyəti 150 milyard kubmetr qaz olacaq. Bu, təbii qaz infrastrukturuna investisiyalar və Türkiyənin Qara dənizdə tam həcmdə qaz hasilatına başlaması ilə birlikdə baş verəcək”, - nazir söyləyib.

A.Bayraqdar qeyd edib ki, bir qədər əvvəl Türkiyə Macarıstan və Bolqarıstanla qaz tədarükü ilə bağlı müqavilələr imzalayıb və tezliklə hökumət başqa bir müqaviləni elan edəcək. O, həmçinin İranın qaz və neft tədarükü sahəsində Türkiyə ilə daha fəal işləyə biləcəyini də bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026