“SpaceX” şirkətinin təsisçisi İlon Mask bu gün Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində onlayn şəkildə çıxış edəcək.
Bu barədə Bakıvaxtı.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən tədbirə İlon Mask virtual olaraq Bakı vaxtı ilə saat 17:45-də qoşulacaq.
Çıxış Beynəlxalq Astronavtika Federasiyasının veb-saytında, yutub kanalında, eyni zamanda, 74-cü Beynəlxalq Astronavtika Konqresinin X (keçmiş tviter) platformasındakı rəsmi səhifəsində canlı olaraq yayımlanacaq.




jpg-1699003493.webp)
jpg-1698987714.webp)










