• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Tütün məmulatlarından istifadə qaydalarını pozanlar cəzalandırıldı

CƏMİYYƏT

28 Noyabr 2023 | 10:05

Tütün məmulatlarından istifadə qaydalarını pozanlar cəzalandırıldı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində tütün məmulatlarından istifadə qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, ötən gün ərzində şöbə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan 10 nəfər müəyyən edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əsasən protokollar tərtib olunub və onlar qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunublar.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


SON XƏBƏRLƏR

26 Iyul 2024