• Bakı 13° C

    7.25 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Üç səhmdar cəmiyyətinin səhmləri satışa çıxarılacaq

CƏMİYYƏT

25 Noyabr 2025 | 15:00

Üç səhmdar cəmiyyətinin səhmləri satışa çıxarılacaq

Dekabrın 23-də üç səhmdar cəmiyyətinin səhmlərinin satışa çıxarılması ilə bağlı təkrar pul hərracı keçiriləcək.

Bakıvaxtı.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, "Ağdaş Quşçuluq" ASC, "Əli Bayramlı Kimyəvi Təmizləmə" ASC və "İmişli Yağ-Pendir" ASC-nin səhmləri satışa çıxarılacaq.

Qeyd edək ki, "Ağdaş Quşçuluq" ASC Ağdaş rayonunun Qaradağlı kəndində yerləşir və onun nizamnamə kapitalı 677 min 482.2 manat təşkil edir. Cəmiyyət tərəfindən ümumilikdə 338 min 741 ədəd səhm buraxılıb və hər bir səhm 2 manat nominal dəyərə malikdir. Hərraca ümumi səhmlərin 30 faizinə uyğun gələn 101 min 662 ədəd səhm çıxarılıb. Satışa çıxarılan səhmlərin nominal dəyəri 203 min 324 manat, ilkin hərrac qiyməti isə 101 662 manat olaraq müəyyən edilib.

Hərraca çıxarılan digər müəssisə 17 aprel 2007-ci ildə təsis edilmiş "Əli Bayramlı Kimyəvi Təmizləmə" ASC-dir. Cəmiyyət Şirvan şəhərinin Mehmandarov küçəsi, 1 ünvanında yerləşir və nizamnamə kapitalı 85 min 986 manatdır. Bu ASC-nin buraxdığı 171 min 972 ədəd səhm var və hər birinin nominal dəyəri 0.5 manatdır. Təkrar hərraca 77 min 108 ədəd səhm təqdim edilib ki, bu da ümumi səhmlərin 44.84 faizini təşkil edir. Satışa çıxarılan səhmlərin nominal dəyəri 38 min 554 manat, ilkin satış qiyməti isə 19 min 277 manatdır.

Hərracda iştirak edəcək üçüncü müəssisə 29 avqust 1997-ci ildə yaradılmış "İmişli Yağ-Pendir" ASC-dir. Müəssisə İmişli rayonunun Rəsullu kəndində fəaliyyət göstərir və onun nizamnamə kapitalı 238 min 217.6 manatdır. Cəmiyyət ümumilikdə 119 min 109 ədəd, nominal dəyəri 2 manat olan səhm buraxıb. Hərraca bu səhmlərin 30.03 faizinə bərabər olan 35 min 773 ədəd səhm çıxarılıb. Satışa təqdim edilən səhmlərin nominal dəyəri 71 min 546 manat, ilkin hərrac qiyməti isə 35 min 773 manat müəyyən edilib.


SON XƏBƏRLƏR