• Bakı 15° C

    13.11 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Uçuşa hazırlaşan narkoman pilot son anda saxlanıldı 

DÜNYA

26 Aprel 2024 | 04:46

Uçuşa hazırlaşan narkoman pilot son anda saxlanıldı 

Qazaxıstanda “Air Astana” aviaşirkətinin pilotu narkotik vasitələrdən istifadə etməkdə şübhəli bilinib.

Bakıvaxtı.az xəbər verir ki, şübhəli Almatı hava limanında saxlanılıb. O, uçuş zonasında olub. Polis narkotik maddənin təsiri altında olduğunu etiraf edən pilotu tez bir zamanda saxlamağa müvəffəq olub. Eyni zamanda həmin şəxs Aktauya getdiyini bildirib. Orada, o, uşaqlar üçün keçirilən tədbirdə iştirak etməli olduğunu bildirib.

Lakin axtarışlar zamanı saxlanılan şəxsin üzərindən narkotik maddə aşkar edilməyib. Öz növbəsində onun mənzilində şübhəli əşyalar aşkar edilib. Həmin şəxs bir neçə ildir ki, qanunsuz maddələrdən istifadə etdiyini qeyd edib.

Aviaşirkət artıq pilotu işdən azad edib.(oxu.az)


SON XƏBƏRLƏR

04 May 2024