• Bakı 21° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

UEFA maliyyə feyr-pleyi qaydalarına dəyişiklik edir

İDMAN

17 Mart 2022 | 23:37 | Müəllif: Subhan Mahmudov

UEFA maliyyə feyr-pleyi qaydalarına dəyişiklik edir

UEFA maliyyə feyr-pleyi qaydaları ilə bağlı islahatlar etməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, Avropa futbol qurumu klubların maliyyəsinə nəzarəti gücləndirmək niyyətindədir.

Maliyyə balansı mənfi olan komandalar sanksiya ilə hədələnəcək və onlardan vəziyyətin dəyişdirilməsi tələb olunacaq. UEFA klub sahiblərinin daha məsuliyyətli olmasını istəyir.

Bundan əlavə, maliyyə nəzarəti şərtlərinin dəyişdirilməsi nəzərdə tutulur. İslahat qəbul olunarsa, komandaların cari il üçün maliyyə hesabatları qiymətləndiriləcək. Əmək haqqı, transfer haqları və agentlərə ödənişlərə xüsusi nəzarət ediləcək. Klubun xərcləyə biləcəyi məbləğ onun dövriyyəsindən asılı olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026