• Bakı 10° C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Matiç "Yunayted"i tərk edir

İDMAN

16 Aprel 2022 | 15:41 | Müəllif: Subhan Mahmudov

Matiç "Yunayted"i tərk edir

Nemanya Matiç mövsümün sonunda "Mançester Yunayted"i tərk edəcək.

Bakıvaxtı.az xəbər verir ki, 33 yaşlı serbiyalı yarımmüdafiəçi bu barədə "instaqram" hesabında məlumat verib: "Bu mövsümün sonu “Mançester Yunayted”dən ayrılmağa qərar verdim. Qərarımı klub rəhbərliyinə, baş məşqçiyə və komanda yoldaşlarıma bildirdim. Bu klubda oynamaq böyük şərəfdir. Davamlı dəstəyiniz üçün azarkeşlərə təşəkkür edirəm. Mövsümün sonuna qədər əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, Matiç 2017-ci ildən "qırmızı şeytanlar"da çıxış edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR