• Bakı 24° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

İbrahimoviç "Milan"ın avtobusunun şüşəsini sındırdı

İDMAN

16 May 2022 | 09:15

İbrahimoviç "Milan"ın avtobusunun şüşəsini sındırdı

İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç klubun avtobusunun şüşəsini sındırıb.

Bakıvaxtı.az-ın "Milan News"a istinadən məlumatına görə, hadisə A Seriyasının XXXVII turunda "Atalanta" ilə ev oyunundan əvvəl baş verib.

41 yaşlı hücumçu vacib matç ərəfəsində həyəcanlanıb və içəridə olarkən avtobusun şüşəsini vurub.

Qeyd edək ki, qarşılaşma "Milan"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda sona bir tur qalmış 83 xalla liderdir. İkinci sıradakı "İnter"in 81 xalı var. İbrahimoviçin klubla müqaviləsi yayda başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026