Çempionlar Liqasının 2022/23 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın ilk rəqibi bəlli olub. Belə ki, Ağdam təmsilçisi bu mərhələdə Polşanın “Lex” klubu ilə qarşılaşacaq. "Qarabağ"ıın ilk oyunu səfərdə olacaq.
I təsnifat mərhələsinin ilk qarşılaşmaları iyulun 5-6-da, cavab görüşləri isə iyulun 12-13-də keçiriləcək.
Qeyd edək ki, sabah Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.
















