• Bakı 16° C

    2.11 m/s

PSJ Messinin müqaviləsini yeniləmək istəyir

İDMAN

14 Iyul 2022 | 11:42

PSJ Messinin müqaviləsini yeniləmək istəyir

Fransanın PSJ klubu ulduz futbolçusu Lionel Messi ilə müqavilənin müddətini daha bir il uzatmaq istəyir.

Bakıvaxtı.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi bu barədə 35 yaşlı hücumçunun nümayəndələrini məlumatlandırıb.

Argentinalı forvard PSJ-dəki gələcəyi ilə bağlı qərarı bu il Qətərdə keçiriləcək dünya çempionatından sonra verəcək.

Qeyd edək ki, Lionel Messinin klubla hazırkı sözləşməsi 2023-cü ildə başa çatmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026