"Barselona" hücumçu Usman Dembele ilə yeni müqavilə imzalamaqla bağlı razılığa gəlib.
Bakıvaxtı.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kataloniya klubunun prezidenti Joan Laporta məlumat verib.
Fransalı oyunçu klubda tibbi müayinədən keçib. Onunla 2 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Dembele "Barselona"ya 2017-ci ilin avqustunda Dortmund "Borussiya"sından keçib. Onun klubla müqaviləsi iyunun 30-u başa çatıb.
















