• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məşhur ailə "Çelsi"ni almaq fikrindən daşınıb

İDMAN

15 Aprel 2022 | 16:58 | Müəllif: Subhan Mahmudov

Məşhur ailə "Çelsi"ni almaq fikrindən daşınıb

İngiltərənin "Çelsi" klubunu almaq istəyən şirkətlərdən biri təklifini geri götürüb.

Bakıvaxtı.az  "Sky Sports"a istinadən xəbər verir ki, Rikett ailəsinin başçılıq etdiyi ABŞ konsorsiumu London təmsilçisinin səhmlərini almaqdan imtina edib. Buna klubun satışı ilə bağlı qeyri-müəyyənliyin davam etməsi səbəb olub.

Sözügedən şirkət ABŞ-ın "Çikaqo Kabs" beysbol klubunun da sahibidir. Konsorsiumun "Çelsi"ni almaq üçün milyonçular Ken Qriffin və Den Gilberti bu işə cəlb edəcəkləri gözlənilirdi.

Qeyd edək ki, Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. O, martın 2-də isə klubu satmaq niyyətində olduğunu açıqlayıb.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026