• Bakı C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Şəhriyar Məmmədyarov Aronyanla qarşılaşdı

İDMAN

14 May 2022 | 19:20

Şəhriyar Məmmədyarov Aronyanla qarşılaşdı

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin 9-cu turunun oyunları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov son turda ABŞ təmsilçisi Levon Aronyanla üz-üzə gəlib. Qara fiqurlarla mübarizə aparan şahmatçımızın qarşılaşması heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Ş.Məmmədyarov turnirdə 3,5 xal toplayıb. Belə ki, qrossmeysterimiz əvvəlki turlarda Yan Nepomnyaşiyə (FIDE) qalib gəlib, ABŞ təmsilçiləri Uesli So, Fabiano Karuana və Leyner Domingesə uduzub, macarıstanlı Riçard Rapport, Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Daniel-Deak (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib.

Dairəvi sistem üzrə təşkil olunan turnirin ümumi mükafat fondu 350 min ABŞ dollarıdır.

Xatırladaq ki, Ş.Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi olub.


SON XƏBƏRLƏR

28 Mart 2024