• Bakı 19° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Haaland "Mançester Siti" ilə müqavilə bağladı

İDMAN

13 Iyun 2022 | 14:50 | Müəllif: Subhan Mahmudov

Haaland "Mançester Siti" ilə müqavilə bağladı

"Mançester Siti" yeni transferi Erlinq Haalandla müqavilə bağlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat yayıb. Son klubu Dortmund "Borussiya"sı olan norveçli hücumçunun sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

21 yaşlı forvard iyulun 1-də "Mançester Siti"nin futbolçusu sayılacaq.

Qeyd edək ki, 2020-ci ilin yanvarından "Borussiya"da çıxış edən Haaland bu müddətdə 89 oyuna 86 qol vurub, 23 qol ötürməsi edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR