• Bakı 8° C

    11.02 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Tanınmış şahmatçılar Qaxda master klass keçəcək

İDMAN

13 Iyul 2022 | 14:14

Tanınmış şahmatçılar Qaxda master klass keçəcək

Sabah Qax Olimpiya İdman Kompleksində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və “Nəfəs” İnsanlığa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan qızlar arasında (170 nəfər) şahmat üzrə turnir və ustad dərsləri keçiriləcəkdir.

Bakıvaxtı.az xəbər verir ki, ustad dərslərini şahmat üzrə Azərbaycanın beynəlxalq qrossmeysterləri Aynur Sofiyeva və Zeynəb Məmmədyarova keçirəcəklər.

Tədbir qızlar arasında intellektual oyunlara marağın təşviqi, analitik düşünmə qabliyyətinin formalaşdırılması və onların asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi daşıyır.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR