• Bakı 23° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

"Qəbələ" Rumıniya klubuna qalib gəldi

İDMAN

12 Iyul 2022 | 19:47 | Müəllif: Subhan Mahmudov

"Qəbələ" Rumıniya klubuna qalib gəldi

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçən "Qəbələ" bu gü növbəti yoxlama oyununa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, “qırmızı-qaralar” Rumıniyanın 2-ci liqa təmsilçisi “Çiksereda” ilə üz-üzə gəlib. Qarşılaşma "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Elmar Baxşıyevin komandasında Rövlan Muradov (3-cü dəqiqə) və Asif Məmmədov (52) vurub.

Qeyd edək ki, "Qəbələ" Boludakı ilk matçda “Qaziantep”lə qarşılaşaraq 1:2 hesabı ilə uduzub.

Əlavə edək ki, "Qəbələ" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində iyulun 21-i səfərdə "Fehervar"la ilk matçına çıxacaq. Komandalar arasında cavab görüşü iyulun 28-i Bakıda olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR