• Bakı 8° C

    0.17 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Real Madrid" Super Kubokun qalibi oldu

İDMAN

11 Avqust 2022 | 01:39

"Real Madrid" Super Kubokun qalibi oldu

Finlandiyanın paytaxtı Helsinkidə UEFA Super Kuboku uğrunda oyun keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, İspaniyanın "Real Madrid" və Almaniyanın "Ayntraxt" (Frankfurt) komandaları arasında Helsinki Olimpiya Stadionunda oynanılan görüşü ingiltərəli FIFA referisi Maykl Oliver idarə edib.

Qarşılaşma "kral klubu"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 37-ci dəqiqədə David Alaba və 65-ci dəqiqədə Kərim Benzema vurublar.

5-ci dəfə Superkuboku qazanan "Real Madrid" bu göstəricidə İspaniyanın "Barselona" və İtaliyanın "Milan" klublarına çatıb. Hazırda bu 3 komanda titula ən çox sahib çıxan kollektivlərdir.

UEFA Super Kuboku

10 avqust

23:00. "Real Madrid" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 2:0

Qollar: David Alaba, 37. Kərim Benzema, 65

Baş hakim: Maykl Oliver

Helsinki Olimpiya Stadionu

Qeyd edək ki, UEFA qu qarşılaşmada ilk dəfə Yarı Avtomatlaşdırılmış Ofsayd Texnologiyasını tətbiq edib. Yeni sistem hər oyunçunun 29 fərqli bədən nöqtəsini izləyə bilən xüsusi kameralar sayəsində işləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026