PSJ artıq futbolçusu Mauro İkardini komandada görmək istəmir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. Paris klubu 29 yaşlı hücumçunu "arzuolunmaz futbolçular" siyahısına daxil edib. Argentinalı forvard əsas komandadan ayrı məşq edəcək.
İkardi Liqa 1-in ilk turunda "Klermon"la matçın (5:0) iştirak ərizəsinə də daxil edilməmişdi.
Qeyd edək ki, İkardi 2019-cu ildən PSJ-də oynayır.
















