• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukrayna Avdeevka rayonunun cənubundakı istehkam sahəsindən geri çəkilib

SİYASƏT

16 Fevral 2024 | 17:12

Ukrayna Avdeevka rayonunun cənubundakı istehkam sahəsindən geri çəkilib

Ukrayna ordusu Avdeevka rayonunun cənubundakı “Zenit” istehkam sahəsindən geri çəkilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri general Aleksandr Tarnavski bildirib.

    Tarnavski Ukrayna Silahlı Qüvvələrinin Avdeevkanın cənubundakı “Zenit” istehkam sahəsindən geri çəkildiyini rəsmən təsdiqləyib.

    “Son aylar ərzində gərgin qarşıdurmadan sonra Ukrayna ordusu komandanlığı “Zenit” mövqeyindən Avdeevkanın cənub-şərq hissəsinə çəkilmək qərarına gəldi. Geri çəkilmək qərarı şəxsi heyəti qorumaq və əməliyyat vəziyyətini yaxşılaşdırmaq üçün qəbul edilib”, - general bildirib.

    Onun sözlərinə görə, ukraynalıların geri çəkildiyi mövqeləri tutmaq, taktiki olaraq Rusiya Silahlı Qüvvələrinə strateji üstünlük vermir və bu istiqamətdə vəziyyəti dəyişmir:

    “Hazırda qoşunların yenidən qruplaşdırılması, təchizatın artırılması və bölmələrin yeni mövqelərə yerləşdirilməsi işləri aparılır. Bölmələrin planlı şəkildə gücləndirilir”, - deyə Tarmavski əlavə edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026