"Ukraynanın Belarusla sərhədində vəziyyət nəzarət altındadır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın sərhəd xidmətinin nümayəndəsi Andrey Demçenko deyib.
Onun sözlərinə görə, Ukrayna tərəfi sərhəd xətti boyunca mühəndis-istehkam qurğularını, müdafiə mövqelərini gücləndirir, ərazilərin minalanmasını həyata keçirir.
Demçenko deyib ki, hazırda Belarus sərhəddə Ukraynanın sərhəd xidməti və digər müdafiə qüvvələri öz mövqelərini möhkəmləndirir.
"Onlar birgə fəaliyyət tədbirlərinin təlimlərini həyata keçiriblər”, - deyə Andrey Demçenko qeyd edib.
İsmayıl Alısoy
















