• Bakı 19° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Ukraynada müharibə dövründə 851 uşaq yaralanıb

DÜNYA

27 Noyabr 2022 | 13:16

Ukraynada müharibə dövründə 851 uşaq yaralanıb

Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı əməliyyatı nəticəsində 440 uşaq həlak olub, 851 uşaq yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu "Telegram"da məlumat yayıb.

"27 noyabr 2022-ci il səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı əməliyyatı nəticəsində Ukraynada 1291-dən çox uşaq zərər çəkib. Prokurorların rəsmi məlumatına görə, 440 uşaq ölüb, 851-dən çoxu yaralanıb", - məlumatda deyilir.

Məlumatlar yekun deyil, çünki onların aktiv hərbi əməliyyatların aparıldığı yerlərdə, müvəqqəti olaraq ələ keçirilən və azad edilmiş ərazilərdə qurulması istiqamətində işlər davam edir.

Uşaqlar ən çox Donetsk vilayətində - 424, Xarkovda - 266, Kiyevdə - 117, Nikolayda - 77, Zaporojyedə - 76, Xersonda - 70, Çerniqovda - 68, Luqanskda - 64, Dnepropetrovskda - 33 nəfər yaralanıb.

Noyabrın 26-da Dneprə raket hücumları nəticəsində 17 yaşlı yeniyetmə yaralanıb.

Həmin gün Xerson vilayətinin Çernobaevka məntəqəsini rus qoşunlarının atəşə tutması nəticəsində 10 yaşlı uşaq yaralanıb.


SON XƏBƏRLƏR

18 Aprel 2024