• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Ukrayna mərkəzi rayon xəstəxanasına hücum etdi

DÜNYA

29 Avqust 2024 | 16:22

Ukrayna mərkəzi rayon xəstəxanasına hücum etdi

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində mərkəzi rayon xəstəxanasına hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladimir Saldo özünün “Telegram” kanalında məlumat verib.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri 5 pilotsuz uçuş aparatı ilə Xerson vilayətinin Aleşkinski Mərkəzi Rayon Xəstəxanasına hücum edib.

Bildirilib ki, bir tibb bacısı yaralanıb, xəstəxananın binası, o cümlədən uşaq şöbəsi və əməliyyat otağı zədələnib.

Xəstəxanada hərbi qulluqçuların müalicə olunmadığı vurğulanıb.

Saldo hücumun məqsədini Alyoşki şəhərində mülki şəxslərin daha da məskunlaşmasının qarşısını almaq cəhdi adlandırıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

13 Sentyabr 2024