• Bakı 19° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Ukrayna sakinləri Zelenskiyə MÜRACİƏT ETDİ

DÜNYA

27 Iyun 2023 | 13:18

Ukrayna sakinləri Zelenskiyə MÜRACİƏT ETDİ

Ukrayna sakinləri ölkə Prezidenti Volodimir Zelenskidən Rusiya ilə əməkdaşlığına görə Belarusla diplomatik münasibətləri kəsməsini xahiş ediblər.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, müvafiq petisiya ukraynalı liderin saytında qeydiyyatdan keçib.

“Belarus Respublikası ilə diplomatik əlaqələri kəsmək xahişi ilə sizə müraciət edirik. Bu çağırışın əsas səbəblərindən biri Belarus hakimiyyətinin Rusiya Federasiyasına fəal dəstəyi və əməkdaşlığıdır. Bu əməkdaşlıq təkcə iki ölkə arasında siyasi və iqtisadi əlaqələri gücləndirmir, həm də Ukraynanın milli təhlükəsizliyinə təhlükə yaradır”, - petisiyanın mətnində deyilir.

Petisiyanın müəllifi hesab edir ki, diplomatik əlaqələrin pozulması güclü siyasi addım və tərəfdaş ölkələr üçün bir siqnal olacaq.

Petisiya iyunun 26-da qeydiyyatdan keçib. Onun prezident tərəfindən baxılması üçün 25 min səs tələb olunur. İmza toplanışı daha 92 gün davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR