• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Taxıl dəhlizi NATO gündəmindədir

DÜNYA

27 Iyul 2023 | 10:54

Taxıl dəhlizi NATO gündəmindədir

Ukrayna Prezidenti Vladimir Zelenskinin xahişi ilə NATO-Ukrayna Şurası Brüsseldə səfirlər səviyyəsində iclas keçirib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, iclasın əsas gündəm məsələsi Rusiyanın çıxdığı Qara Dəniz Taxıl Dəhlizi Təşəbbüsü olub. Tərəflər son hadisələrlə bağlı məsləhətləşiblər.

İclasda Rusiyanın geri çəkilmə qərarı pislənib.

İclasa sədrlik edən NATO baş katibinin müavini Mirça Geoana deyib ki, Rusiya beynəlxalq hüquqdan və Ukrayna taxılından asılı olan dünya xalqlarına böyük hörmətsizlik göstərməkdə davam edir.

Rusiyanın Qara dənizlə bağlı son açıqlamalarını və yanaşmalarını tənqid edən NATO-nun baş katibi Yens Stoltenberq bölgənin Alyans üçün strateji əhəmiyyətini vurğulayıb: “Biz müttəfiq ərazisinin hər qarışını istənilən hücuma qarşı müdafiə etməyə hazırıq”.

Müttəfiqlər Türkiyənin bu təşəbbüslə bağlı davam edən səylərini alqışlayıblar.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026