• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Moskvaya daha bir PUA hücumu olub

DÜNYA

26 Avqust 2023 | 09:36 | Müəllif: Subhan Mahmudov

Moskvaya daha bir PUA hücumu olub

Rusiyanın hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan daha bir pilotsuz uçan aparatını (PUA) vurublar.

Bakıvaxtı.az bildirir ki, bu barədə Moskva meri Sergey Sobyanin "Telegram" kanalında məlumat yayıb.

"Bu gecə İstra rayonunda hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan pilotsuz uçan aparatı məhv edib", - deyə Moskva meri deyib.

Onun sözlərinə görə, ilkin məlumata əsasən, tələfat və dağıntı yoxdur.

Sobyanin əlavə edib ki, fövqəladə hallar xidmətinin əməkdaşları təcili hadisə yerinə cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026