• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Neft emalı zavodunda yanğın

DÜNYA

26 Avqust 2023 | 10:01 | Müəllif: Subhan Mahmudov

Neft emalı zavodunda yanğın

ABŞ-ın Luiziana ştatında neft emalı zavodunda yanğın baş verib. Yanğınla əlaqədar ərazidən evakuasiyaya başlanılıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, neft şirkətindən verilən açıqlamada şirkətin Qarivil bölgəsində yerləşən neftayırma zavodunda baş verən yanğına müdaxilə edildiyi və bölgə əhalisinin təhlükəsizliyi üçün tədbirlər görüldüyü bildirilib. 

Bu çərçivədə bölgədə insanların təxliyəsinə başlanıldığı qeyd edilib. 

Neft şirkəti səhər saatlarında başlayan yanğının yanacaq kimi istifadə oluna bilən yanar maye olan nafta sızması nəticəsində baş verdiyini, New Orleans şəhərindən təxminən 65 kilometr aralıda yanğına müdaxilə edildiyini açıqlayıb. Yanğın zamanı xəsarət alan olmadığı və nəzarət altına alındığı bildirilib.

ABŞ mətbuatında bildirilib ki, yanğın baş verən ərazidən 3,5 kilometr radiusda ərazidə yaşayan bütün sakinlərin təxliyəsi məcburi olub.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026