"Vaqner"in təsisçisi Yevgeni Priqojinin ölümü sübut etdi ki, Rusiya diktatoru Vladimir Putinə etibar etmək olmaz.
Bakıvaxtı.az bildirir ki, bu sözləri Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.
"Priqojinin ölümü Putini zəiflətdi. Çünki bu, bütün dünyaya göstərdi: o, kiminləsə hansısa müqavilə bağlamaq qərarına gəlir və razılaşmanı poza bilirsə, deməli, ona etibar etmək olmaz.
Bir il əvvəl ciddi qüvvə sayılan "Vaqner" əslində artıq yoxdur. Onlar məğlub olublar", - Reznikov bildirib.
















