• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Baydendən hökumətə Rusiya tapşırığı

DÜNYA

27 Iyul 2023 | 12:38

Baydendən hökumətə Rusiya tapşırığı

ABŞ prezidenti Co Bayden hökumətə Rusiyanın Ukraynada hərbi cinayətlər törətdiyi iddia edilən sübutları Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi ilə bölüşməyi tapşırıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının adının açıqlanmasını istəməyən sözçüsü xəbəri təsdiqləyib. Xatırladılıb ki, ABŞ daha əvvəl Ukraynaya müharibə cinayətləri işlərinin hazırlanmasına kömək etmək üçün beynəlxalq müstəntiqlər və prokurorlardan ibarət qruplar göndərib.

Bayden administrasiyasının ICC ilə əməkdaşlıq qərarı ilk dəfə ötən çərşənbə axşamı müzakirə edilib, lakin Ağ Ev bu məsələ ilə bağlı təfərrüatlar verməkdən imtina edib.

Digər tərəfdən, ABŞ Müdafiə Nazirliyinin BCM ilə əməkdaşlığa qarşı çıxdığı, bunun xaricdəki ABŞ əsgərlərinin siyasiləşdirilmiş təqiblərinə zəmin yarada biləcəyi ilə bağlı açıqlanıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026