• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Ukraynada baş verənlər Alma-Ata Bəyannaməsinin pozulmasıdır" - Paşinyan

DÜNYA

23 Fevral 2024 | 23:20 | Müəllif: Subhan Mahmudov

"Ukraynada baş verənlər Alma-Ata Bəyannaməsinin pozulmasıdır" - Paşinyan

"Biz görürük ki, Ukraynada baş verənlər Alma-Ata bəyannaməsinin pozulmasıdır və biz faktiki olaraq ciddi şəkildə narahatıq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə “France 24” televiziyasına müsahibəsində deyib.

“Mən dedim ki, Alma-Ata bəyannaməsi bizim üçün çox vacibdir, çünki Alma-Ata bəyannaməsi nədən bəhs edir? Alma-Ata Bəyannaməsi iki əsas şey haqqındadır. Üstəlik, həmin Alma-Ata bəyannaməsi Rusiya, Ukrayna və Azərbaycan tərəfindən imzalanıb. Yeri gəlmişkən, Alama-Ata bəyannaməsi Belarus, Rusiya və Ukraynanın imzaladığı Beloveja sazişi ilə başladı.

Daha sonra Alma-Atada daha doqquz keçmiş sovet respublikasının qoşulduğu bu müqavilə iki şeydən ibarətdir: Sovet İttifaqının mövcudluğunu dayandırması və ikincisi, imzalayan sovet respublikalarının müstəqil dövlətlərə çevrilməsi, bir-birinin ərazi bütövlüyünü və toxunulmazlığını tanıması. İndi bizim təhlükəsizliyimiz üçün də çox vacib olan Alma-Ata Bəyannaməsinin ruhu ilə biz Ukraynada baş verənlərin Alma-Ata Bəyannaməsinin pozulması olduğunu görürük və biz, əslində, ciddi şəkildə narahatıq”. - Paşinyan deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026