• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

ABŞ Rusiyanın hava məkanını pozmaq istədi, MiQ-31 havalandı

DÜNYA

24 Mart 2024 | 20:25 | Müəllif: Subhan Mahmudov

ABŞ Rusiyanın hava məkanını pozmaq istədi, MiQ-31 havalandı

ABŞ-a məxsus 2 ədəd B-1B tipli strateji bombardmançı təyyarəsi Rusiya hava məkanını pozmaq istəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya tərəfindən hər hansı pozuntunun qarşısını almaq üçün MiQ-31 döyüş təyyarəsi əraziyə göndərilib. MiQ-31 qırıcısını görən strateji bombardmançı təyyarələr uçuş marşrutlarını tənzimləyərək bölgədən uzaqlaşıblar. Rusiyanın dövlət sərhədi pozulmayıb. Rusiya döyüş təyyarəsinin manevrləri neytral sular üzərində hava məkanından istifadəyə dair beynəlxalq qaydalara tam uyğun və təhlükəsizlik tədbirlərinə riayət edilməklə həyata keçirilib”, - məlumatda bildirilib./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR