• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yaponiyada sürətlə nadir ölümcül infeksiya yayılır

DÜNYA

24 Mart 2024 | 20:52 | Müəllif: Subhan Mahmudov

Yaponiyada sürətlə nadir ölümcül infeksiya yayılır

Yaponiyada sürətlə nadir bakterial infeksiya yayılır.

Bakıvaxtı.az xəbər verir ki, həkimlər infeksiyaların rekord sürətlə yayılmasından narahat olduqlarını bildirirlər.

Söhbət 30%-ə qədər ölüm göstəricisi olan streptokok toksik şok sindromundan (STSS) gedir.

Ötən il 941 xəstədə yoluxma aşkar edilsə də, 2024-cü ilin ilk iki ayında artıq 378 yoluxma halı müəyyən edilib. Mütəxəssislər 50 yaşdan aşağı vətəndaşların risk altında olduğu barədə xəbərdarlıq edirlər.

Qeyd olunur ki, 2023-cü ilin iyul-dekabr ayları arasında STSS diaqnozu qoyulmuş 50 yaşdan aşağı 65 nəfərdən 21-i dünyasını dəyişib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026